Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Bir olaq, birgə şənlənək” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib.

29 dekabr 2022 | 10:35

Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Bir olaq, birgə şənlənək” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib.

Tədbirdə şəhid ailələrinin övladları, internat və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak edib.

Musiqili-əyləncəli tamaşada teatr dərnəyinin  gənc aktyorları peşəkar aktyorlarla birgə  nağıl qəhrəmanlarını canlandırıblar.

Nağıllarda olduğu kimi, sehrli aləmə düşən qəhrəmanlar şər qüvvələrə qarşı öz xeyirxahlıq, dostluq, birlik və bacarıqları ilə qalib gəldilər.

Tədbir boyu mərkəzin rəqs və vokal dərnəklərinin üzvləri qış mövzusuna aid maraqlı proqramla balaca tamaşaçıların qarşısında çıxış ediblər. Konsert proqramında nümayiş olunan milli rəqslər gur alqışlarla qarşılandı.

Uşaqların səbirsizliklə gözlədiyi Şaxta babanın gəlişiylə tədbir daha da canlandı.

Keçidlər