Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Yeni il Macərası” adlı xeyriyyə tamaşası təşkil edilib.

24 dekabr 2024 | 13:00

Azərbaycan Dövlət Rus Dram Teatrında 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Yeni il Macərası” adlı xeyriyyə tamaşası təşkil edilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, mərkəzin pedaqoji işçiləri, internat və xüsusi məktəblərinin şagirdləri iştirak edib.

Tədbiri giriş sözü 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru lalə Qəti açaraq tədbir iştirakçılarını salamlayaraq  bayram münasibətilə təbrik etdi.

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqları salamlayaraq qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibəti ilə təbrik etdi. Bildirdi ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ötən əsrin 70-ci illərində respublikamıza rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, uşaqların təhsili, dünyagörüşlərinin zənginləşdirilməsi və sağlamlıqlarının qorunması istiqamətində əhəmiyyətli işlər görmüşdür. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” – deyən dahi şəxsiyyətin rəhbərliyi ilə müstəqillik əldə etdikdən sonra ölkəmizdə dövlət uşaq siyasəti yeni forma və məzmun qazanmışdır.  Ulu Öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti  bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Nəsimi rayonunda uşaqlarla bağlı bir sıra önəmli layihələr həyata keçirilir. Nəsimi rayonunda da uşaq - gənclər siyasəti uğurla həyata keçirilir, müxtəlif təbəqələrdən olan uşaqların hər birinə xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da  xüsusi qayğıya ehtiyacı olan,  o cümlədən sağlamlıq imkanları məhdud olan  uşaqların və 1 nömrəli Körpələr Evində yaşayan körpələr diqqət mərkəzində saxlanılır.

Musiqili-əyləncəli tamaşada teatr dərnəyinin üzvləri nağıl qəhrəmanlarını canlandırıblar. Nağıllarda olduğu kimi, sehrli aləmə düşən qəhrəmanlar şər qüvvələrə qarşı öz xeyirxahlıq, dostluq, birlik və bacarıqları ilə qalib gəldilər. Tədbir boyu mərkəzin rəqs və vokal dərnəklərinin üzvləri qış mövzusuna aid maraqlı proqramla balaca tamaşaçıların qarşısında çıxış ediblər. Konsert proqramında nümayiş olunan milli rəqslər gur alqışlarla qarşılandı. Uşaqların səbirsizliklə gözlədiyi Şaxta babanın gəlişiylə tədbir daha da canlandı.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

Keçidlər