Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon ictimaiyyəti Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişdir

27 fevral 2014 | 16:00

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Sonra Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak etdi. Abidənin önünə gül dəstələri qoyuldu. 

Keçidlər