Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq mülki müdafiə günü

02 mart 2014 | 16:00

28.02.2014-cü il tarixdə Nəsimi rayonu 133 №–li tam orta məktəbdə “Beynəlxalq mülki müdafiə günü” qeyd edildi. Tədbirdə Nəsimi rayon Mülki Müdafiə Şöbəsinin rəisi və müavinləri, Bakı regional Şöbəsinin rəhbərləri və qonaqlar iştirak etdilər. Tədbir saat 1000 –da başlandı. Yanğın siqnalı ilə məktəbin bütün müəllim və şagirdləri şərti olaraq binadan təxliyyə olundular. “Yanan ərazi  yanğınsöndürmə balonları ilə söndürüldü uçqun altındakı yaralılar xilas” edildi.
Sonra məktəbin direktoru F.Həsənov, hərbi rəhbər V.Qurbanov, Nəsimi rayon Fövqəladə Hallar Mülki Müdafiə şöbəsinin rəisi Musa Məhərrəmov çıxış etdilər.
Daha sonra IIa və Va siniflərdə  S.Həsənova və X.Abbasovanın açıq dərslərinə baxış keçirildi.
Tədbir yüksək səviyyədə keçdi.

Keçidlər