Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu ərazisində 2014-cü ilin fevral ayı ərzində görülmüş işlər barədə M Ə L U M A T

05 mart 2014 | 16:00

Fevral ayı ərzində Nəsimi rayonunda proqrama uyğun olaraq 147 saylı körpələr-evi uşaq bağçasında, 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində əsaslı təmir işləri davam etdirilir.

Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşaatı davam etdirilir. B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda əsaslı təmir işləri başa çatmaq üzrədir.

Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 98 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 1315 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 1 ədəd giriş və paylayıcı şit,  17 ədəd 1 sayğaclı panel, 1 ədəd 10 sayğaclı panel quraşdırılmışdır.
68, 71, 91, 400, 470, 572, 1031 və 1811 saylı TM-lərdə güc transformatorları daha güclüləri ilə əvəz edilmişdir. 35 kv-luq 101 saylı yarımstansiyada № 1 kabel xətti, Dağlıq yarımstansiyada № 3 kabel xətti sınaq edilmişdir. “Dərnəgül -97” № 1, Dağlıq -111 № 1,2,3, Dağlıq -88 № 1, 2, kabel xəttinin xarkteristikası çıxarılmış və cari təmir edilmişdir.
Fevral ayı ərzində 385 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün Novruzov qardaşları, Plotnikov, H.Əliyev, Topçubaşov, N.B.Yusifbəyli küçələrində və Azadlıq pr-də müxtəlif diametrli 643 p.m. yeni qaz xətti çəkilmişdir.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, Ə.Topçubaşov küçəsi 117, Mir Cəlal küçəsi 6, H.Seyidzadə küçəsi 15, Y.Çəmənzəminli küçəsi 3, 5, D.Əliyeva 241, Vidadi küçəsi 189 ünvanlarda  müxtəlif diametrli ümumilikdə uzunluğu L-183 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 3 ədəd yeni siyirtmə quraşdırılmış və 5 ədəd təmir edilmişdir..
       Nasos stansiyalarında 2 dəst müxtəlif markalı nasos avadanlıqları təmir edilmiş, 1 dəst elektrik mühərrikləri təmir edilmiş, 5 p.m. kabel xətti çəkilmiş, 5 ədəd elektrik avadanlığı təmir olunmuşdur.
321 ədəd yağış barmaqlıqları, 251 ədəd kanalizasiya nəzarət quyusu, 3790 p.m. fekal kanalizasiya şəbəkəsi və 732 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 16 p.m kanalizasiya xətti təmir edilmiş, 5 kanalizasiya quyusu quraşdırılmışdır. D-150mm olan L-16 p.m. kanalizasiya xətti dəyişdirilmişdir.
1-ci mkr.  Moskva prospekti 56, 58 saylı yaşayış binalarının aşağı paylayıcı istilik xətləri əsaslı təmir olunmuş, 2-ci mkr-dakı 44 və 22 saylı istilik məntəqələrinin dam örtüklərinin təmiri və məntəqələrin köhnə avadanlıqlarının yeniləri ilə əvəzlənməsi başa çatdırılmışdır.
1 saylı İSİS-nin Nəsimi rayonu ərazisinə düşən 26 ədəd qazanxana, RİQ-1 və 19 ədəd istilik məntəqəsi hal hazırda işləyir, 212 yaşayış binası, 18 orta məktəb, 12 uşaq bağçası, 6 səhiyyə obyekti və 25 digər obyekt istilik enerjisi ilə təmin olunur.

Bundan əlavə Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

Rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Müayinələr 1,3,5 və 20 saylı şəhər poliklinikalarında həyata keçirilir. Fevralın 17-dən mat ayının 1-nə dək 19 min nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirlər. Bundan başqa bir neçə həkim briqadası yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. Xəstəlik aşkar olunan sakinlər poliklinikalarda müalicə edilir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.

Keçidlər