Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda müasir Azərbaycan tarixi haqqında geniş tədbirlər keçirilir.

06 mart 2014 | 16:00

Müasir Azərbaycan  tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunur.
Fevral ayının 26-da Nəsimi rayonu S.Hacıyev adına 5 saylı tam orta məktəbin şagird kollektivi Heydər Əliyev Mərkəzində olmuş və orada şagirdlərə Mərkəz haqqında müfəssəl məlumatlar verilmişdir.
Mart ayının 5-də isə rayonun 1, 5, 8, 9, 14, 16, 28, 111, 133, 151, 164, 211, 240, 266, 292 saylı tam orta məktəbləri və Texniki Humanitar Liseyin şagird kollektivləri, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında, Bakı Musiqi Akademiyasında, Xarici Dillər Universitetində və Asiya Universitetində təşkil olunmuş dərslərdə iştirak etmiş və onlara müasir Azərbaycan haqqında geniş məlumatlar verilmişdir. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Nəsimi RİH başçısının müavini Gülarə Verdiyeva, Bakı Musiqi Akademiyasının prorektoru Oqtay Abasəliyev və Bakı Asiya Universitetinin prorektoru Rəhilə Nağıyeva çıxış edərək, müasir Azərbaycan tarixinin öyrənilməsinin gənc nəsillər üçün əhəmiyyətindən danışdılar. Daha onra tarix müəllimləri şagirdlərə müasir Azərbaycan tarixi mövzusunda mühazirələr oxudular.
Qeyd edək ki, bu tədbirlər may ayının sonuna kimi davam edəcəkdir.

Keçidlər