Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür

06 mart 2014 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart 2014-cü il tarixdə 4-cü mkr ərazisində yerləşən İdman meydançasında 5 mart Bədən tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirilmişdir. Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev tədbiri giriş sözü ilə açaraq bu günün Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edildiyini bildirmiş və ölkəmizdə idmanın inkişafının ildən-ilə geniş vüsət almasını vurğulamışdır.
Daha sonra Nəsimi RİH başçısının müavini Gülarə verdiyeva çıxış edərək Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunmasının təsadüfi olmadığını bildirdi. Natiq dedi ki, məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Daha sonra Tədbirdə futbol, voleybol,basketbol və kütləvi qaçış idman növləri üzrə yarış keçirilmişdir. Yarışda fərqlənən idmançılara diplom və hədiyyələr təqdim olunmuşdur.

Keçidlər