Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Novruz yarmarkası bu ünvanda olacaq

12 mart 2014 | 16:00

Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək kənd təsərrüfatı yarmarkalarının ünvanları açıqlanıb. Yarmarkalar 15-19 martda keçiriləcək və Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə təşkil edilir. Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaq.

Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ən müasir standartlara uyğun və yeni qapalı formada qurulacaq, daha səmərəli təşkil olunacaq, əhali və fermerlər üçün əlverişli ticarət mühiti yaradılacaq. Həmçinin, ictimai iaşənin təşkili, müvafiq qaydada sanitar norma və qaydalara riayət olunması və əhalinin rahatlığı üçün hər cür şəraitin yaradılması bu yarmarkaları digərlərindən fərqləndirəcək.

Nəsimi rayonu: Təzə bazarın ərazisi 

Keçidlər