Müasir Azərbaycan tarixi: “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunur.
Mart ayının 12-də isə rayonun 14, 19, 23, 42, 46, 54, 151, 159, 240 saylı tam orta məktəbləri, Bakı Slavyan Universitetinin Məktəb-lisey Kompleksinin və Elitar Gimnziyanın şagird kollektivləri Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında və Bakı Musiqi Akademiyasında təşkil olunmuş dərslərdə iştirak etmiş və onlara müasir Azərbaycan haqqında geniş məlumatlar verilmişdir. Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı və Nəsimi RİH başçısının müavini Gülarə Verdiyeva çıxış edərək, müasir Azərbaycan tarixinin öyrənilməsinin gənc nəsillər üçün əhəmiyyətindən danışdılar. Daha sonra 14 və 111 saylı tam orta məktəblərin tarix müəllimləri şagirdlərə müasir Azərbaycan tarixi mövzusunda mühazirələr oxudular.
Qeyd edək ki, bu tədbirlər may ayının sonuna kimi davam edəcəkdir.