Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə təbrik

19 mart 2014 | 16:00

Əziz həmvətənlərim!

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayram həmçinin xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə bağlı ən kütləvi xalq bayramıdır.
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram.

Ən xoş arzularla,

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı                                     Nəsib Məhəməliyev

Keçidlər