Şriftin ölçüsü :

Saytın rəngi :

"Heç kim unudulmur, heç nə yaddan çıxmır"

01 aprel 2014 | 15:00

Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 

31 Mart 2014-cü il tarixində Nəsimi rayonunda yerləşən məktəblərdə 31 mart-Azərbaycanlıların Soyqrımı Gününə həsr olunmuş tədbirlər keçirilmişdir. Nəsimi rayonu Namiq Axundov adına 1 №-li tam orta məktəbdə təşkil olunan tədbirdə “Heç kim unudulmur, heç nə yaddan çıxmır ” adlı elmi-praktik konfrans keçirilmişdir. Tarix müəllimləri mövzunu ətraflı izah etmiş, soyqırım barədə söhbətlər etmişlər. Onlar bildirdi ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 96 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda,  Zəngəzur qəzasında, Qarabağda İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.Şagirdlər “Bunları unutmaq olmaz!” adlı referat yazılar  yazmışlar.  

 Mövzu ilə əlaqədar video lahiyələr tərtib edilmiş və siniflərdə nümayiş etdirilmişdir. “ Soyqırım nədir?” adlı divar qəzetləri tərtib edilmişdir.

      31 Mart 2014-cü il tarixində bütün 1-ci dərslər bu mövzuya həsr olunub . Kitabxanada mövzunu əks etdirən foto-stendlər, kitab sərgiləri, maraqlı məlumatlar nümayiş etdirilmişdir.

Keçidlər