Şriftin ölçüsü :

Saytın rəngi :

Müasir Azərbaycan tarixi haqqında geniş tədbirlər silsiləsi davam etdirilir.

03 aprel 2014 | 15:00

Nəsimi rayonunda müasir Azərbaycan tarixi haqqında geniş tədbirlər silsiləsi davam etdirilir. Müasir Azərbaycan  tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslər Heydər Əliyev Mərkəzlərində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunur.

Aprel ayının 2-də Nəsimi rayonu 1, 5, 8, 14, 16, 28, 133, 164, 211  saylı tam orta məktəblər, Elitar gimnaziya, BSU-nun məktəb lisey kompleksinin şagird kollektivi YAP Nəsimi rayon təşkilatında və Asiya Universitetində təşkil olunmuş dərslərdə iştirak etmiş və onlara müasir Azərbaycan haqqında geniş məlumatlar verilmişdir. Tarix müəllimləri şagirdlərə müasir Azərbaycan tarixi mövzusunda mühazirələr oxudular.
Qeyd edək ki, bu tədbirlər may ayının sonuna kimi davam edəcəkdir.

Keçidlər