Bakıda Rusiya səfirliyi qarşısında aksiya keçirilib
04 aprel 2014 | 15:00
Nəsimi rayonu Bakıxanov prospekti 17 ünvanda yerləşən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi qarşısında Qarabağ Azadlıq Təşkilatının 30-40 nəfər üzvü aksiya keçirmişdir. Aksiyanın keçirilməsində məqsəd Kəlbəcərin işğalına və Rusiyanın Krımdakı işğalçılıq siyasətinə etirazdır.
Polis aksiyanı dağıdıb, iştirakçıların səfirliyin qarşısına toplaşmasına imkan verilməyib.
QAT fəallarından biri qətnaməni təqdim etmək üçün səfirliyin qarşısına buraxılıb.