Nəsimi rayonunda 2014-cü ilin mart ayı ərzində görülmüş işlər barədə
Mart ayı ərzində Nəsimi rayonunda proqrama uyğun olaraq 147 və 174 saylı körpələr-evi uşaq bağçalarında, 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində əsaslı təmir işləri davam etdirilir.
Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşaatı davam etdirilir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 63 metr yüksək gərginlikli kabel, 0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 2612 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 2 ədəd giriş və paylayıcı şit, 10 ədəd 1 sayğaclı panel, 1 ədəd 400 A-lik 0,4kv-luq ayırıcılar quraşdırılmışdır.
15 ədəd TM-də elktrik avadanlıqları təftiş edilmişdir.
35 kv-luq “120”-“101” saylı yarımstansiyalararası 2 dövrəli (L=0.9 km) hava xətti kabel xətti ilə əvəz edilmişdir. 35 kv-luq 99 saylı yarımstansiyada L- qaz açarı cari təmir edilmişdir. 35 kv-luq 120 saylı yarımstansiyada 35/0.4 kv-luq, 101 saylı yarımstansiyalar arası 2 dövrəli kabel xəttinin istifadəyə verilmişdir. 110 kv-luq dağlıq xətti cari təmir edilmişdir.
Mart ayı ərzində 316 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün Plotnikov küçəsi 12,15, Zeynalov küçəsi 15, M.Rəfili küçəsi 19 və M.Qaşqay küçəsi 9, 11, 25, 30, 31 ünvanlarında müxtəlif diametrli 163 p.m. yeni qaz xətti çəkilmişdir.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, Mir Cəlal küçəsi 66, Y.Çəmənzəminli küçəsi 37, III Alatava 21, 93, Moskva pr-ti 94, R.Rza küçəsi 37 və Alı Mustafayev 43 ünvanlarda müxtəlif diametrli ümumilikdə uzunluğu L-206.5 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 2 ədəd yeni siyirtmə quraşdırılmış və 3 ədəd təmir edilmişdir..
Nasos stansiyalarında 2 dəst müxtəlif markalı nasos avadanlıqları təmir edilmiş, 17 p.m. kabel xətti çəkilmiş, 2 ədəd elektrik avadanlığı təmir olunmuşdur.
344 ədəd yağış barmaqlıqları, 272 ədəd kanalizasiya nəzarət quyusu, 3825 p.m. fekal kanalizasiya şəbəkəsi və 823 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 64 p.m kanalizasiya xətti təmir edilmiş, 1 kanalizasiya quyusu quraşdırılmışdır. L-12 p.m. kanalizasiya xətti təmir olunmuşdur.
1-ci mkr. Moskva prospekti 58 saylı yaşayış binasının aşağı paylayıcı istilik xətləri aparılan əsaslı təmir işləri başa çatmışdır. RİQ 1-də daş hasarın tikilməsi və suvaq vurulması işləri tamamlanmış, qazanxananın həyətində abadlaşdırma işləri yekunlaşmaq üzrədir.
1 saylı İSİS-nin Nəsimi rayonu ərazisinə düşən 26 ədəd qazanxana, RİQ-1 və 19 ədəd istilik məntəqəsi hal hazırda işləyir, 212 yaşayış binası, 18 orta məktəb, 12 uşaq bağçası, 6 səhiyyə obyekti və 25 digər obyekt istilik enerjisi ilə təmin olunur.
Bundan əlavə Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Rayonda əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Müayinələr 1,3,5 və 20 saylı şəhər poliklinikalarında həyata keçirilir. Fevralın 17-dən mat ayının 1-nə dək 19 min nəfərdən çox sakin müayinə olunmuşdur. Bu aksiya bir daha göstərir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin və sağlamlığının qorunması dayanır.
Bütün idarə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirlər. Bundan başqa bir neçə həkim briqadası yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. Xəstəlik aşkar olunan sakinlər poliklinikalarda müalicə edilir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə pulsuz tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanmışdır.