Nəsimi rayonunda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir.
Azərbaycan vətəndaşlarının sağlamlığına diqqətin daha da artırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.
Tapşırığın icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə rayon əhalisinin tibbi müayinədən yüksək mütəşəkkillik və keyfiyyətlə keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, komissiyaya tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib. Komissiya üzvlərinin apardığı qənaətbəxş iş nəticəsində bugünkü günə qədər tibbi müayinədən keçirilməsi 137850 nəfər nəzərdə tutulan əhalidən 73947 nəfəri tibbi müayinədən keçirilmişdir. Tibbi müayinə zamanı üzə çıxan xəstəliklərin müalicəsi ilə əlaqədar vətəndaşlar aidiyyatı üzrə xəstəxanalara göndərilirlər.
Bu gün Nəsimi rayonu ərazisində yerləşən 20 saylı şəhər poliklinikasında əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı növbəti aksiya təşkil edilmişdir. Aksiyada 793 nəfər rayon sakinləri iştirak etmiş və tibbi müayinədən keçirilmişdir. Onlardan 76 nəfəri ambulator, 5 nəfəri isə stasionar müalicəyə göndərilmişdir. Əlavə olaraq əhalinin işdən ayrılmaması məqsədilə 20 saylı şəhər poliklinikasının səyyar həkim briqadası Nəsimi rayonu 9 saylı tam orta məktəbdə 180 nəfər rayon sakinini tibbi müayinədən keçirmişdir.
Tibbi prosedur qaydalarına uyğun olaraq əhalinin may ayının 1-dək müayinədən keçirilməsi davam etdiriləcəkdir.