Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda iməcilik

13 aprel 2014 | 15:00

Son illər Nəsimi rayonunda genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir. Parklarda, bağlarda, həyətlərdə yeni yaşıllıqlar salınır, yenidənqurma və təmizlik işləri görülür. Bu işlərlə əlaqədar hər həftənin şənbə və bazar günləri rayonun təhsil, səhiyyə, sənaye müəssisələrinin işçiləri, sakinlər öz ərazilərində iməciliklər keçirir, abadlıq və təmizlik işləri aparırlar.
Bu gün rayon ərazisində növbəti iməcilik keçirilmişdir. Rayonun Cavadxan, Hüseyn Seyidzadə və Rauf Kazımovski küçələrində dekorativ kollar və 500 - dən artıq ağac əkilmiş, mövcud yaşıllıqlara qulluq edilmişdir. Həmin ərazilərdə abadlıq və yenidənqurma işləri aparılmışdır. İməcilikdə min nəfərdən artıq rayon sakini iştirak etmişdir.
Rayon ərazisində iməciliklər davam etdiriləcəkdir.

Keçidlər