Şriftin ölçüsü :

Saytın rəngi :

"Müasir Azərbaycan elminin inkişafında Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa

17 aprel 2014 | 15:00

Bu gün Nəsimi rayon İcra Hakimiyyətində Ümumilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə  "Müasir Azərbaycan elminin inkişafında Heydər Əliyevin rolu" mövzusuna həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə Nizami adına Ədəbiyyat İnstitunun elmi işər üzrə direktor müavini, fəlsəfə elmləri doktoru, dosent Şəmil Sadıqov, həmin institutun filologiya üzrə fəlsəfə doktoru Solmaz Həyatova, elmi işçi Şərəf Cəlilova və Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqova iştirak etmişdir. Tədbiri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva açaraq bildirdi ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Heydər Əliyev Azərbaycanda kitabxana işinin inkişafınada öz töhvələrini vermişdir. Çağdaş kitabxana quruculuğunun özülüdə məhz 70-ci illərin əvvəllərində, ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulmuşdur. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, Respublika kitabxana şəbəkəsinin surətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi görüş iştirakçılarının diqqətinə çatdırıldı. Sonra mövzu ətrafında tədbirdə iştirak edən professor və dosentlər öz fikirlərini bildirdilər. Tədbirin sonunda Nəsimi rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Nəsibə Mehdiyeva rayon kitabxanaçıları adından keçirilən tədbirə və göstərilən dəstəyə görə Nəsimi Rayon İcra Hakimiyyətinin  rəhbərliyinə  öz təşəkkürünü bildirdi.

Keçidlər