Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Şahin” hərbi idman oyunu keçirildi.

19 aprel 2014 | 15:00

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların fiziki hazırlıqlarının artırılması, ordu sıralarına hazırlanması məqsədilə, eyni zamanda Nəsimi rayon Gənclər və İdman İdarəsinin 2014-cü il tədbirlər planına uyğun olaraq  18 aprel 2014-cü il tarixdə 4-cü mikrorayon ərazisində  yerləşən stadionda “Şahin” hərbi-idman oyununun  Nəsimi rayon mərhələsi keçirilmişdir.
Tədbiri Nəsimi Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev açıq elan etdi. Sonra Dövlət himni səsləndirildi. Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsədin məktəblilər arasında aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarət olduğunu diqqətə çatdıran idarə rəisi bu cür tədbirlərin əhəmiyyətindən danışdı.
Sonra çıxış edən Nəsimi Rayon İcra Hakmiyyəti başçısının müavini Gülarə Verdiyeva qeyd etdi ki, torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsi ən aktual məsələlərdən biridir.
Sonra söz oyunu idarə etmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fənni üzrə metodisti Rövşən Qasımova verildi.
Rayon orta ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdlərinin iştirak etdiyi tədbirdə ümumilikdə 26 komanda tərkibində 442 nəfər şagird iştirak etmişdir.
Oyun sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və sanitarların yarışı mərhələlərində keçirilmişdir.

Keçidlər