Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yaşıllaşdırma və abadlıqla əlaqədar iməcilik keçirilmişdir.

20 aprel 2014 | 15:00

Nəsimi rayonunda son illər mütəmadi olaraq genişmiqyaslı  yaşıllaşdırma və abadlıq  işləri həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilmişdir.

Hər həftənin şənbə günü olduğu kimi, bu şənbə günü də  Nəsimi rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir. Rayonun Azadlıq  prospektində, S.Vurğun, A.Bakıxanov, Ə.Qasımov və H.Ələsgərov küçələrində 500-dən çox həmişəyaşıl ağac, o cümlədən Xan çinarı, dekorativ ağaclar əkilmişdir.

Rayonun müxtəlif yerlərində keçirilmiş iməciliklərdə mövcud yaşıllıqlara qulluq edilmiş, abadlıq və təmizlik işləri görülmüşdür. Bu işlərdə rayondakı idarə, müssisə, təşkilatların nümayəndələri, gənclər fəallıq nümayiş etdirmişlər.

Keçidlər