Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda növbəti tibbi müayinə aksiyası

23 aprel 2014 | 15:00

Azərbaycan vətəndaşlarının sağlamlığına diqqətin daha da artırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.
Tapşırığın icrası  ilə əlaqədar bu gün 5 saylı şəhər poliklinikasının səyyar həkim briqadasının iştirakı ilə Nəsimi rayonu ərazisində yerləşən Bakı Tikiş Evi ASC-də və 6 saylı Qadın məsləhətxanasında əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı növbəti aksiya təşkil edilmişdir. Aksiyada 850 nəfər rayon sakinləri iştirak etmiş və tibbi müayinədən keçirilmişdir. 
Tibbi prosedur qaydalarına uyğun olaraq əhalinin may ayının 1-dək müayinədən keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər