"Xalqa həsr edilmiş ömür" adlı elmi-nəzəri konfrans.
23 aprel 2014-cü il tarixdə Beynəlxalq Atatürk Mərkəzində Xəlil Rza Ulutürk adına kütləvi kitabxananın təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə "Xalqa həsr edilmiş ömür" adlı elmi-nəzəri konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə X.R.Ulutürk adına kütləvi kitabxananın direktoru Dilşad Məmmədovaya açdı. Dilşad xanım Ulu öndərin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan, gördüyü işlərdən danışdı. Sonra isə çıxış üçün söz Nəsimi rayon İcra Hakimiyyətinin müavini G.Verdiyevaya verildi. Gülarə xanım H.Əliyev haqqında geniş məruzə ilə çıxış edərək Ulu öndərin Azərbaycan elmi, mədəniyyəti və iqtisadiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən danışdı və tariximizin 30 ildən artıq bir dövrünün ümumilli lider Heydər Əliyevin - müasir, müstəqil Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlı olduğunu bildirdi.
Sonra tədbirdə yazıçı-publisist Natavan Dəmirçioğlu, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov, professor Aqşin Babayev, Nizami adına Milli Ədəbiyyat İnstitutunun direktor müavini Şamil Sadiq və başqaları çıxış edərək Ulu öndərin Azərbaycan dövlətçiliyinin xilası, möhkəmləndirilməsi və müstəqiliyimizin əbədi olması sahəsindəki danılmaz xidmətlərindən danışdılar.
Tədbirin mətbuatda işıqlandırılması üçün mediya nümayəndələrindən İctimai televiya, Respublika qəzeti, Xalq qəzeti, Azərtac dəvət olunmuşdur.Tədbirin sonunda X.R.Ulutürk adına kütləvi kitabxananın direktoru Dilşad Məmmədova tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
Sonda tədbirdə xatirə şəkilləri çəkildi.