Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan bilik oyunu keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ənənəvi olaraq bu il də akademik Zərifə Əliyevanın 91 illik yubileyi ilə əlaqədar Azərbaycan İntellektual Oyunlar Klubu ilə birgə “Qələbəyə doğru” uşaqlar arasında intellektual bilik oyunu keçirib.
Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlayıb.
Rəsmi hissədən sonra yarışa start verilib. Yarış Bakı şəhərinin 12 rayonunu (Səbail, Nizami, Yasamal, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Binəqədi, Qaradağ, Nəsimi, Nərimanov, Pirallahı) təmsil edən məktəbliləri arasında baş tutub. Hər rayonun komandasında 6 nəfər iştirak edib. Yarışda Nəsimi rayonunun məktəbliləri də fəal iştirak ediblər. Nəsimi komandası yarışda 3-cü yerə layiq görülmüşdür.
Qeyd edək ki, yarışda I, II və III yerin qalibləri olan komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.