Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Coca-Cola Məktəbli Kuboku” na yekun vuruldu.

30 aprel 2014 | 15:00

25 aprel 2014-cü il tarixdə Nəsimi rayonu 35 saylı orta məktəbdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Coca-Cola məktəbli kuboku”nun rayon mərhələsinə yekun vuruldu. Rayon orta ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən yarışın əsas məqsədi uşaqlar arasında futbolun təbliği və kütləviliyinin artırılması, onları pis vərdişlərdən uzaqlaşdırmaq və uşaq futbolçuların ustalığının yüksəldilməsi olmuşdur.
Yarışda 26 komanda tərkbində 312 nəfər şagird iştirak etmişdir.
Yarışın nəticələrinə görə 111 saylı məktəbin komandası I, 35 saylı orta məktəbion komandası isə II yerə layiq görülmüşdür.

Keçidlər