Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Nəsimi rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirib

30 aprel 2014 | 15:00

Hər il olduğu kimi, bu il də ölkəmizin hər yerində Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü təntənə ilə qeyd olunmaqdadır. Bu məqsədlə, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı da silsilə tədbirlər keçirməkdədir. Belə tədbirlərdən biri ötən gün B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda təşkil edilib. Qanvermə aksiyası, eyni zamanda, gökəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunub.
Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələr, ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə, partiya fəallarına minnətdarlığını bildirib.
“Şükürlər olsun ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, xalqımız öz milli dəyərlərinə qovuşdu. Bu gün ölkəmizdə insanlarımız heç bir təmənna güdmədən, könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak edirlər. Onlar dərk edirlər ki, belə aksiyalarda vermiş olduqları qanla hansısa xəstəni- vətəndaşımızı həyata qaytarmış olurlar”, - deyə Məlahət İbrahimqızı vurğulayıb.
Onun sözlərinə görə, aksiyada yüzdən artıq partiya fəal iştirak edib.
Millət vəkili, belə gözəl, nəcib bir missiyaya qoşulduqları üçün aksiya iştirakçılarına öz təşəkkürünü bildirib: “İnsanın həyatı üçün vacib element olan qan elə bir şeydir ki, onu haradasa istehsal etmirlər ki, gedib ala biləsən. Qanı yalnız insan orqanizmi istehsal edir. Və sən öz qanını verməklə digər soydaşımızın həyatını xilas etmiş olursan. Ulu öndərimizin belə bir müdrik kəlamı var idi ki, hər bir sağlam insan, cəmiyyətimizdəki xəstə insanlara borcludur. Odur ki, əgər canımız sağlamdırsa, niyə də digər soydaşımızın həyatını xilas etməyə yardım etməyək?”, - deyə təşkilat sədri qeyd edib.

Keçidlər