Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən yarışlara yekun vuruldu.
Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bədən tərbiyəsi və idman klubları arasında keçirilən futbol, voleybol və basketbol yarışlarına yekun vuruldu.
Yekun mərasimində Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, idmanın maddi texniki bazasının möhkəmləndiriməsi və idmançıların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək idmanın kütləviliyinin artırılması yönündə ulu öndər Heydər Əliyevin xidmətlərindən söz açmış, hazırda respublikamızda idmanın surətli inkişafı istiqamətində Prezident İlham Əliyevin reallaşdırdığı tədbirlərdən danışmışdır.
Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakmiyyəti başçısının müavini Gülarə Verdiyeva bildirmişdir ki, Nəsimi rayonunda da bədən tərbiyəsi və idmanın inkişafı daim diqqət mərkəzindədir. Rayonun idmançı gəncləri respublika və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edərək mükafatlar qazanmışlar.
Sonra futbol komandalarının yekun turniri keçirilmişdir. Turnirdə Azərbaycan Dövlət Neft Akademiyası ilə Bakı Slavyan Universitetinin futbol komandaları qarşılaşdılar. Gərgin mübarizə şəraitində keçən oyunda Azərbaycan Dövlət Neft Akademiyasının futbol komandası qalib gəldi.
Qalib idmançılar, eləcə də, “Şahin” və “Cəsurlar” hərbi idman oyununun rayon mərhələsində qalib gəlmiş komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.