Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri”: V Beynəlxalq Elmi Konfrans
Mayın 5-də Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda V beynəlxalq elmi konfrans başlayır.
Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər bölməsinin və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən, mərhum prezident Heydər Əliyevin 91 illiyinə həsr edilən, 220-dən çox yerli və xarici alimin məruzələrinin qəbul olunduğu konfransda elmi institutlardan, Azərbaycanın müxtəlif bölgələrindən nümayəndələr, eləcə də 14 ölkədən 40-dan çox qonaq iştirak edir.
Əvvəlcə Konfrans iştirakçıları Fəxri Xiyabanı ziyarət etdilər və Ümumilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydular.
Sonra Bakı Slavyan Universitetinin Akt zalında konfransın açılışı oldu. Giriş sözü ilə çıxış edən Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdulla konfransı tələbələr, eləcə də bütün iştirakçılar üçün elm bayramı kimi dəyərləndirib, xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən söhbət açıb.
Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə konfransdakı çıxışında Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.
Tədbirdə Təhsil Naziri M. Cabbarov, Bakı Slavyan Universitetinin rektoru A.Hacıyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı N.Məhəməliyev, YAP Nəsimi rayon Təşkilatının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı M.İbrahimqızı, Bolqarıstanın sabiq prezidenti Jelyu Jelev, Moskva şəhər Pedoqoji Universitetinin prezidenti, professor V.V.Ryabov, Anadolu Universitetinin rektoru Davut Aydın, Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru A.A.Nestulya, Tbilisi Dövlət Universiteti Linqvistika İnstitutunun direktor müavini M.Mancqaladze, Litva Edukoloji Universitetinin filologiya fakultəsinin dekan, professor G.Kundratos, Avropa Azərbaycan Cəmiyyətindən (İngiltərə) Nil Vatson, Belarus Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru, professor V.A. Xmelnitskiy, Yohannes Qutenberq Universiteti Şərqşünaslıq Seminarının müdiri, professor H.Bushoten, Aleksandr Geyştor adına Akademiyanın rektoru, professor A.Koseski, Rusiya və MDB ölkələri ilə Dostluq Federasiyasının sədri, “Slavyanlar” Fondunun prezidenti, professor Z.Zaxariyev, Osaka Universitetinin dosenti Yokoto-Murakami və jurnalist, naşir (İtaliya) Sandro Teti çıxış ediblər.
Elmi konfrans mayın 7-dək davam edəcək.