Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir

08 may 2014 | 15:00

Nəsimi rayonunda 7 may 2014-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirilmişdir.
     Tədbirdə  rayon İcra Hakimiyyəti baçşısı Nəsib Məhəməliyev,  millət vəkili Ziyad Səmədzadə, Nəsimi rayon İcra Hakimiyyətinin kollektivi, rayon bələdiyyələrinin, sahə  inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP Nəsimi rayon təşkilatının nümayəndələri iştirak edirdilər.
     Tədbir iştirakçıları əvvəlcə, Fəxri Xiyabana gedərək Ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri düzdülər.
    Sonra Nəsimi rayon icra hakimiyyətinin inzibati binasında  tədbir keçirildi.
     Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək, dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdı. Qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var.  Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Əsası ulu öndər tərəfindən qoyulan  siyasət isə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
      Millət vəkili Ziyad Səmədzadə və digər rayon ziyalılar çıxış edərək, Ulu öndərin hakimiyyəti dövründə respublikamızın  ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin  uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaratdığını qeyd etdilər.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək tədbirə yekun vurdu.

        

Keçidlər