İgid oğlum haydi gəl!
13 may 2014 | 15:00
Bu gün Nəsimi rayonu E.Tağızadə adına 164 saylı tam orta məktəbdə vətənpərvərlik mövzusunda “İgid oğlum,haydı gəl!” adı altında çox möhtəşəm bir tədbir keçirildi.
Tədbirdə publisist-yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Vicdanın hökmü” əsərindən parçalar məktəbin IX, X sinif şagirdlərinin ifasında səhnələşdirildi.
Tədbirə müəllif şəxsən özü qonaq kimi dəvət olunmuşdu. Eyni zamanda tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Gülarə xanım Verdiyeva ,“Xalq” qəzetinin müxbiri Rafiq Salmanov və digər hörmətli qonaqlar iştirak etdi.
Tədbir çox yüksək səviyyədə keçirildi.