Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Nəsimi rayon təşkilatı Qadınlar şurasının konfransı keçirilib

15 may 2014 | 15:00

Məlumdur ki, qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir. Yeni Azərbaycan Partiyası sıralarında birləşən on minlərlə qadın cəmiyyətimizdə nüfuza sahibdirlər və bu vəzifələrin öhdəsindən layiqincə gəlmək iqtidarındadırlar. Onu da qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə 1995-ci ildə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının yaradılması cəmiyyətimizi saflaşdırmaq üçün qoyulan bir ənənə idi. Dahi şəxsiyyət hər zaman qadınların cəmiyyətdə aparıcı bir qüvvə olduğunu söyləyib. Cəmiyyəti qadınlarsız təsəvvür etmək mümkün olmadığı kimi, bugünkü Azərbaycan cəmiyyətində özünə möhkəm yer tutmuş Yeni Azərbaycan Partiyasını da qadınlarsız təsəvvür etmək mümkün deyil. Qadınların partiyada fəallığı hər şeydən əvvəl onların ictimai-siyasi fəallığı ilə əlaqədardır. Bu məqsədlə, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Qadınlar Şurasının növbəti konfransı keçirilmişdir. 

Konfransı giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı açıb.

Hesabat məruzəsi ilə çıxış edən YAP Nəsimi rayon təşkilatı Qadınlar şurasının sədri Məhbubə Vəliyeva bildirib ki, partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. Aparılan məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan qabaqcıl dünya dövlətləri sırasında təmsil olunur.

Ölkəmizin həyatında mühüm və taleyüklü məsələlərdə həmişə fəallıq nümayiş etdirən rayon qadınlarının əməyini yüksək qiymətləndirən M.Vəliyeva vurğulayıb ki, Azərbaycan qadını öz ailəsi ilə yanaşı, dövlətinin gələcəyini də düşünür. 

Sonra YAP Nəsimi rayon təşkilatının Şura üzvü Gülarə Verdiyeva çıxış edərək, son illər ölkəmizdə aparılan quruculuq işlərindən, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıblar.

Daha sonra, rayon Ağbirçəklərinin sədri Zərifə Quliyeva və Azərbaycan Dillər Universitetinin tələbəsi Ziba Nəcəfova hesabat ətrafında çıxış etmişlər.

Tədbirdə həmçinin YAP Qadınlar Şurasının növbəti konfransına nümayəndələr seçilib. 

 

Keçidlər