Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətində operativ müşavirə keçirilmişdir

20 may 2014 | 15:00

19 may 2014-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində İcra Hakimiyyəti aparatının məsul işçilərinin, ərazi icra nümayəndəliklərinin, Mənzil Kommunal İstismar Sahələrinin, rayon İcra Hakimiyyəti struktur bölmələri, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev geniş çıxış edərək rayonda abadlıq və yenidənqurma işlərinin davam etdirilməsinin vacibliyini qeyd etmiş, rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının qətiyyətlə alınması, özbaşına zəbt edilmiş ərazilərin boşaldılması, şəhərin arxitekturasına xələl gətirən bina və tikililərin fasadlarının və dam örtüklərinin dəyişdirilməsi, yaşıllaşdırma işlərinin sürətləndirilməsi və yeni yaşıllıq zolaqlarının salınması, mərkəzi küçələrin yenidən qurulması, qanunsuz küçə ticarətinə qarşı mübarizənin gücləndirilməsi və s. məsələlər barədə fikirlərini bildirmişdir.
Müşavirədə verilmiş təkliflər əsasında geniş tədbirlər planı qəbul edilmiş və icrası üçün aidiyyatlı şəxslərə konkret tapşırıqlar verilmişdir. Müşavirədə həftədə bir dəfədən gec olmayaraq tədbirlər planının icrası və görülmüş işlərin müzakirəsinin aparılması qərara alınmışdır.
Müşavirənin nəticəsi olaraq 20 may 2014-cü ildən tədbirlər planının icrasına başlanılmış, bir sıra ərazilərdə, o cümlədən, Cavadxan küçəsində, metronun Əcəmi stansiyasının yaxınlığında qanunsuz tikintilərin söküntüsünə start verilmişdir.
Hal-hazırda rayonun ayrı-ayrı ərazilərində tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.

Keçidlər