Nəsimi rayonu ərazisində yerləşən 1 saylı Körpələr Evində xeyriyyə tədbiri keçirilib
22 may 2014 | 15:00
Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Nəsimi rayonu ərazisində yerləşən 1 saylı Körpələr Evində xeyriyyə tədbiri keçirilib.
Hər il olduğu kimi bu ildə Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində belə xeyriyyə tədbirlərinin keçirilməsi davam etdirilir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının sədri Gülarə Verdiyeva, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Onlar orada yaşayan uşaqların vəziyyəti ilə yaxından tanış olmuş və gətirdikləri hədiyyələrlə onları sevindirmişlər.