Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Ş.Ələkbərova adına 20 №li Uşaq Musiqi Məktəbində Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir.

22 may 2014 | 15:00

Bu günlər respublikamızda və dünyanın bir çox ölkələrində 28 May – Respublika Gününə həsr edilmiş müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin milli istiqlal tariximizdə böyük və şərəfli yer tutması fikri xüsusi vurğulanır. Belə tədbirlərdən biri də Nəsimi rayonu Ş.Ələkbərova adına 20 №li Uşaq Musiqi Məktəbində keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, rayonda yerləşən musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti çox ağır və mürəkkəb bir tarixi-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Natiq həmçinin qeyd etmişdir ki,  Azərbaycan Xalq Cümhuriyyətinin tarixi taleyi bizə ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir» kimi müdrik bir ifadəsini yada salır. Sonra məktəbin direktoru çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixində, ictimai-siyasi fikir tariximizdə mühüm və şərəfli yeri olduğunu xüsusi qeyd etmişdir.

Daha sonra tədbir məktəb şagirdlərinin gözəl musiqi ifaları ilə davam etmişdir. 

 

Keçidlər