Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda abadlıq və yenidənqurma işləri davam etdirilir.

23 may 2014 | 15:00

Son günlər Nəsimi rayonu ərazisində abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri geniş vüsət almışdır. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun  M.Cəlal və Cavadxan küçələrində, metronun Əcəmi stansiyasının yaxınlığında qanunsuz tikintilər sökülmüş, Azadlıq prospekti, S.Vurğun, H.Ələsgərova, M.Qasımov, N.Yusifbəyli, C.Hacıbəyli, Ak.H.Əliyev və s. küçələrdə şəhərin arxitekturasına xələl gətirən bina və tikililərin fasadlarının təmiri və dam örtüklərinin dəyişdirilməsi istiqamətində işlər aparılır.
Rayonda aparılan yaşıllaşdırma işləri sürətləndirilmiş və yeni yaşıllıq zolaqlarının salınması işləri davam etdirilir. Hal-hazırda Vaqif prospektində küçə boyunca yaşıllaşdırma işləri aparılır. Rayonda aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar rayonda fəaliyyət göstərən özəl müəssisələrə tövsiyə olunur ki, fəaliyyət göstərdikləri binalarda təmir işləri apararkən şəhər arxitekturasının qorunması üçün təmir işlərini rayon İcra Hakimiyyəti ilə razılaşdırsınlar.

Keçidlər