Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu rəqəmlərlə

27 may 2014 | 15:00

Sənaye
2014-cü ilin yanvar-mart aylarında rayonun sənayesində 92366,8 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 24,7 faizi məhsul istehsalının, 75,3 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 46461,5 min manatlıq və ya ümumi istehsalın 50,3 faizi qədər, qeyri-dövlət sektorunda isə 45905,3 min manatlıq və ya ümumi istehsalın 49,7 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehlakçılara 94133,2 min manatlıq və ya bütün sənaye istehsalının 101,9 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2014-cü il aprel ayının 1-nə kimi sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 2755,6 min manat olmuşdur.
Həmin dövrdə sənayedə orta aylıq əmək haqqı 618,9 manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,9 faiz çoxdur.
İnformasiya və rabitə
Cari ilin I rübündə informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 7720.4 min manatlıq işlər görülmüş və xidmətlər göstərilmişdir.
Xidmətlərin 87,1 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən göstərilmişdir.
Rayonun rabitə müəssisələrində orta aylıq əmək haqqı isə 722.1 manat olmuşdur.
Nəqliyyat
2014-ci ilin üç ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 130215.8 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,6 faiz çoxdur.
2014-cü ilin yanvar-fevral aylarında nəqliyyat müəssisələrində çalışan işcilərin orta siyahı sayı 5709 nəfər, orta aylıq əmək haqqı 509.8 manat olmuş, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.
Tikinti
2014-cü ilin yanvar-mart aylarında rayonda bütün maliyyə mənbələri hesabına 77124,1 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Cari ilin I rübündə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 144967,7 min manat məbləğində investisiya yönəldilmişdir.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 63195,8 min manat (43,6 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 81771,9 min manat (56,4 faiz) sərmayə yönəltmişlər.
2014-cü ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyadan 136357,3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 44,8 faiz çoxdur.
2014-cü ilin yanvar-mart aylarında tikinti-quraşdırma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 56,5 faiz artaraq 93363,3 min manat olmuşdur. Podratçı təşkilatların gördükləri işlər (yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrlə yenidən təchiz etmə) 54779,9 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4 faiz artım deməkdir. Əsaslı təmir üzrə yerinə yetirilən işin həcmi 19443,2 min manat, cari təmir üzrə 704,6 min manat, sair işlər üzrə isə 18435,6 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 3,5 dəfə, 17,1 faiz və 5,0 dəfə çox olmuşdur.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 89136,9 min manat (95,5 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 4226,4 min manat (4,5 faiz) olmuşdur.
2014-cü ilin yanvar-fevral aylarında tikintidə işçilərin orta siyahı sayı 5328 nəfər olmuşdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 faiz artaraq 984,1 manat təşkil etmişdir.
Əmtəə bazarı
2014-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 160264.4 min manatlıq həcmində əmtəə satılmışdır. Əmtəələrin 27,0 faizi hüquqi şəxslərin müəssisələrində, 64,7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 8,3 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 99,8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və yarmarka, bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorda 159901.2 min manatlıq istehlak malları satılmışdır.
Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 97.2 milyon manat, qeyri-ərzaq mallarının həcmi isə 63.1 milyon manat olmuş, onların da xüsusi çəkiləri müvafiq olaraq 60,7 və 39,3 faiz təşkil etmişdir.
İaşə xidmətləri
Cari ilin I rübü ərzində əhaliyə 9233.9 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,0 faiz çox iaşə xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 40,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,2 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 3768.8 min manatlıq həcmində iaşə xidmətləri göstərilmişdir.
Hesabat dövründə iaşə əmtəə dövriyyəsinin 100,0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır.
Əhaliyə göstərilən pullu xidmətlər
Bu ilin yanvar-mart aylarında pullu xidmətlərin həcmi 102983.2 min manat olmuşdur. Ümumi həcmin 66,3 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 68315.8 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş pullu xidmətlərin 12,7 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 90233.6 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən pullu xidmətlərin 19,2 faizini məişət xidmətləri təşkil etmişdir. Hesabat dövründə 19825.5 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çox məişət xidmətləri göstərilmişdir. Məişət xidmətlərinin 88,7 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır.
Əmək bazarı
2014-cü ilin aprel ayının 1-nə kimi rayon üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 1050 nəfər olmuşdur ki, bunlardan 289-u qadın, 761-i kişidir. Mart ayında işsizliyə görə müavinət alanların sayı 53 nəfər, işsizliyə görə müavinət alanlara hesablanmış orta aylıq müavinət məbləği isə 309.5 manat olmuşlur. İşçi qüvvəsinə tələbat (01 aprel vəziyyətinə) rayon üzrə 944 nəfərdir, onlardan 725 nəfəri fəhlələrdir.

Keçidlər