Nəsimi rayonu 42 saylı tam orta məktəbdə Respublika günü münasibətilə tədbir keçirilmişdir.
Bu gün İlqar Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə 28 May - Respublika gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini G.Verdiyeva, Nəsimi RİH-nin əməkdaşları, rayon ziyalıları iştirak etmişdir. Tədbiri məktəbin direktoru Firəngiz Həmidova açıq elan etmiş və Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Sonra Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən, habelə ölkəmizdə müasir dövlət quruculuğu yolunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi xidmətlərindən bəhs etmişdir.
Daha sonra məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar göstərilmişdir. Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.