"Son Zəng" günü
Bu gün Azərbaycanın bir sıra məktəblərində “Son zəng” qeyd olunur. Hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il mayın 31-i şənbə gününə düşdüyündən, “Son zəng” tədbirlərinin vaxtında dəyişiklik edilib. Belə ki, Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” bu gün, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq.
Hər il olduğu kimi, bu il də Nəsimi rayonunda saat 10:00-da başlanmış “Son zəng” tədbirləri 3 saat davam edərək və saat 13:00-da yekunlaşmışdır. Ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunmuşdur.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində rayonun 29 ümumtəhsil məktəblərini 1842 nəfər şagird bitirmışdir.