1 Iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Nəsimi rayonunda bir sıra silsilə tədbirlər keçirilmişdir
1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə Nəsimi rayonu 1 saylı tam orta məktəbin akt zalında Nəsimi rayon İcra Hakimiyyəti geniş tədbir keçirilmişdir. Tədbiri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva açaraq dövlətimizin uşaqlara göstərilən qayğısından danışaraq uşaqları bayram münasaibətilə təbrik etdi. Tədbirdə uşaqların ifasında mahnılar səslənmiş, şeir deyilmiş və rəqs nömrələri təqdim olunmuşdur. Tədbir uşaqların coşqusu ilə başa çatmışdır.
Sonra tədbir Vaqif prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən Koala parkda davam etdirilmişdir. Tədbirdə 100-dən artıq valideyn himayəsindən məhrum olan uşaqlara, əqli və fiziki cəhətdən qüsurlu uşaqlara və aztəminatlı ailələrin uşaqlarına bayram süfrəsi açılmışdır. Tədbiri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva açaraq uşaqları salamlamış və 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə uşaqları təbrik eləmişdir. Tədbirin sonunda uşaqlara rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verilmiş, parkdakı atreoksionlarda əylənmişlər.