Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Memorial Soyqrım Muzeyi

05 iyun 2014 | 15:00

Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqrım Muzeyi yaradılmışdır.

4 iyun 2014-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun 35, 42, 151 və 164 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinin bir qrupu müəllimlərlə birgə muzeydə olmuş, soyqrım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən eksponatlarla tanış olmuşlar. Muzeyin əməkdaşı soyqrım faciəsini araşdıran istintaq qrupunun üzvü Tahir Kazımov gənclərin vətənpərvər ruhda tərbiyə olunması, düşmənə qarşı nifrət hislərinin aşılanması istiqamətində böyük əhəmiyyətə aik olan bu muzey haqqında geniş məlumat vermişdir. Sonda tədbir iştirakçıları soyqrım faciəsinə həsr olunmuş sənədli filmə baxmışlar.  

 

Keçidlər