Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2014-cü ilin may ayı ərzində görülmüş işlər barədə

10 iyun 2014 | 15:00

May ayı ərzində Nəsimi rayonunda Proqrama uyğun olaraq 147 və 174 saylı körpələr-evi uşaq bağçalarında, 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində əsaslı təmir işləri davam etdirilir.

46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Proqramından əlavə 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşaatı davam etdirilir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
19 may 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirənin tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonu ərazisində görüləcək abadlıq və yenidənqurma işləri müəyyənləşdirilmişdir. Rayonun Moskva və Azadlıq prospektlərində, A.Salamzadə, M.Qasımov, M.Cəlal, S.Vurğun, Ş.Əzizbəyov və R.Zorge küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmaqda, binalara üzlük daşları vurulmaqdadır. Həmçinin rayonun Tbilisi, Vaqif və Azadlıq prospektlərində, S.Vurğun küçəsində və digər ərazilərdə yaşıllaşdırma işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 48 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 5891 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 6 ədəd 1 sayğaclı, 1 ədəd 4 sayğaclı, 6 ədəd 6 sayğaclı, 21 ədəd  8 sayğaclı, 3 ədəd 10 sayğaclı, 1 ədəd 12 sayğaclı SMS tipli panel, 1 ədəd 250 A-lik 0,4kv-luq ayırıcılar quraşdırılmışdır.
51, 68, 156, 229, 230, 509, 510, 521, 552 saylı TM-lərin fasadları, dam örtükləri təmir olunmuş ətrafı abadlaşdırılmış, dispetçer adları təzələnmişdir.
97 saylı yarımstansiyadan TM-lərə gələn 1 və 2 nömrəli yuvalarda elektrik avadanlıqları təftiş edilmişdir.
88 saylı yarımstansiyada 1 nömrəli 25mVA transformator avadanlığı cari təmir olunmuş, “Dağlıq yarımstansiya” –nın 1 və 2 saylı 40 mVA transformator və avadanlığı təmir olunmuş, 10  kv-luq İEM- 98 nömrə 2, 640 nömrə 2, 1856/1940 nömrə ½, 2664 nömrə 1, 2071 nömrə 1 cari təmir edilmiş və mühafizəsi yoxlanılmışdır.
May ayı ərzində 590 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün M.Qaşqay küçəsi 42 saylı ünvanda 89 mm-lik qaz xəttində qaynaq işləri aparılmış, M.Qaşqay küçəsi 39, H.Seyidzadə küçəsi 35, B.B.Məcidov küçəsi 72 saylı ünvanlarda qaz sızması aradan qaldırılmış, N.Vəzirov küçəsində qaz borusu təmir olunmuş, Azadlıq prospekti 99 saylı ünvanda 40 mm-lik qaz xətti ana xəttə birləşdirilmiş, Azadlıq 90, 103, S.Rüstəm küçəsim 37 B, 44 və D.Əliyeva küçəsi 243, 251 saylı ünvanlarda qaz tənzimləyiciləri təmir olunmuşdur.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, müxtəlif diametrli ümumilikdə uzunluğu L-140 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 4 ədəd yeni siyirtmə quraşdırılmış və 3 ədəd təmir edilmişdir..
       Nasos stansiyalarında 4 ədəd elektrik avadanlığı təmir olunmuşdur.
385 ədəd yağış barmaqlıqları, 267 ədəd kanalizasiya nəzarət quyusu, 3872 p.m. fekal kanalizasiya şəbəkəsi və 815 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 22 p.m kanalizasiya xətti təmir edilmiş, 1 kanalizasiya quyusunun qapağı dəyişdirilmişdir. 1 ədəd yağış barmaqlığı quraşdırılmışdır.
1 saylı İSİS-nin ərazisində olan bütün qazanxanalarda tüstü boruları təftiş və təmir olunmuş, qaz avadanlıqlarına baxış keçirilmiş, qaz xətlərinin üzərindəki süzgəclər açılaraq təmizlənmiş, manometrlər yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir. 71, 77 və 85 saylı qazanxanalarda KSQJ tipli 7 ədəd qazan açılaraq mexaniki üsulla ərpdən təmizlənmişdir. 29 ədəd məhəllədaxili qazanxanalarda profilaktiki təmir işləri aparılmışdır. Ümumilikdə istilik xətlərində 200 ədəd siyirtmə açılaraq təftiş olunmuşdur. 71, 139, M26/MTE, 312, 365, 378 və 501 saylı  qazanxanalarda payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlər başa çatdırılmış, istilik xətləri su ilə doldurularaq hidravlik təzyiq altında “Azəristiliktəchizat”ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.

Keçidlər