Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya cəmiyyətin qəddar düşmənidir.

12 iyun 2014 | 15:00

Nəsimi rayonunda fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və  “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyaların 2014-cü ilin 5 ayı ərzində gördüyü işlər barədə  

M Ə L U M A T

Rayonda fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və  “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyalar öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramını”nı rəhbər tutmuşdur. 
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 02-07 saylı, 15.01.2014-cü il tarixli məktubuna müvafiq olaraq rayon komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunmuşdur.
İş planına uyğun olaraq komissiya tərəfindən 2014-cü ilin 5 ayı ərzində müvafiq işlər görülmüşdür:
Belə ki, “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirmişdir. 
Yanvar ayında rayon ərazisində yerləşən 164 saylı orta məktəbdə “Narkotiksiz Azərbaycan” fevral ayında 151 saylı orta məktəbdə “Narkomaniya və Cinayət”, mart ayında 19 saylı orta məktəbdə “Biz narkomaniyadan uzaq olmalıyıq”, aprel ayında 28 saylı orta məktəbdə “Alkoqolizm və markomaniya”, may ayında 42 saylı orta məktəbdə “Narkotik qəbulu sağlamlığı təhlükə altında qoyur” mövzularında seminarlar, diskusiyalar, dəyirmi masa, inşa yazı və rəsm müsabiqələıri keçirilmişdir.
Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə şagirdlər arasında bilik yarışları, müsabiqələr, idmanın ayrı-ayrı növləri üzrə yarışlar və tarixi əhəmiyyətli yerlərə ekskursiyalar təşkil edilmişdir.
Tədbirdə fəal iştirak edən şagirdlər yüksək qiymətləndirilmişdir. 
Bundan əlavə, komissiya tərəfindən 2014-cü ilin 5 ayı ərzində gənclər arasında narkomanlığın qarşısının alınması  və gəncləri digər neqativ hallardan uzaq tutmaq üçün maarifləndirmə işləri aparılmışdır.
Rayon ərazisində yerləşən ali təhsil müəssisələrində - yanvar ayında Bakı Slavyan Universitetində “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir”,  fevral ayında Azərbaycan Universitetində “Sərxoşluğa və alkoqolizmə qarşı mübarizə tədbirləri”, mart ayında Azərbaycan Dövlət Neft Akademiyasında “Uşaq və gənclərin narkomanlıqdan qorunması”, aprel ayında Azərbaycan Dillər Universitetində “Gənclərin Reproduktiv sağlamlığı”, may ayında Azərbaycan Tibb  Universitetində “Azərbaycan gəncləri narkotiklər əleyhinədir” mövzularında dəyirmi masa, elmi-praktik seminar, diskusiyalar, inşa yazı və rəsm müsabiqələri keçirilmişdir.
Bundan əlavə 2014-cü il 2 fevral tarixində “Azərbaycan Gənclər günü” münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində Tələbə Gənclər Təşkilatı ilə birgə “Gznclik ömrün baharıdır” ədəbi bədii tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Baş Nazirin müavini cənab Əli Həsənovun imzası ilə daxil olmuş 29.12.2013-cü il tarixli, 29/11-99 saylı məktubla əlaqədar 02.02.2014-cü il tarixdə “İki sahil” qəzetində rayon komissiyası tərəfindən “Narkomaniya qlobal fəlakətdir” mövzusunda məqalə dərc edilmişdir.
“Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiya tərəfindən 2014-cü ilin 5 ayı ərzində (2 dəfə) 66 vətəndaşdan müsadirə edilmiş 1179,88 qram narkotik maddələr komissiya üzvlərinin iştirakı ilə məhv edilərək aktlaşdırılmışdır. Bunlardan 26,899 qram heroin, 1048,59 qram qurudulmuş marixuana , 52,52 qram həşiş qətranı, 51,871 qram tiryək olmuşdur. 
2014-cü ilin 5 ayı ərzində Nəsimi rayonu ərazisində rayon Polis İdarəsi tərəfindən narkotiklərin qanunsuz dövriyyəs ilə bağlı 74 cinayət hadisəsi qeydə alınmış, onlardan 5 fakt satış məqsədilə, qalan 69 fakt isə bu maddələrin saxlanması üzrə olmuşdur.   
Dövriyyədən çıxarılmış müxtəlif növ narkotik vasitələrin ümumi çəkisi 27 kq 33 qram olmuşdur. Bunlardan 488 qram heroin, 25 kq 725 qram marixuana, 778 qram tiryək, 42 qram həşiş qətranı olmuşdur.
Dövriyyədən çıxarılmış müxtəlif növ narkotik vasitələrin ümumi çəkisi 27 kq 33 qram olmuşdur. Bunlardan 488 qram heroin, 25 kq 725 qram marixuana, 778 qram tiryək, 42 qram həşiş qətranı olmuşdur.
Əldə etdiyimiz mlumata əsasən, 2014-cü ilin 5 ayı ərzində Narkoloji Dispanserdə 1343 nəfər narkoman, 10 nəfər toksoman qeydə alınmışdır. Qeydə alınmış narkomanlardan 53 nəfərini qadınlar təşkil edir, 26 nəfəri isə profilaktik müayinədən keçmişdir.   
Bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanin iclaslarında müzakirə edilmiş, mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı idarə, müəssisə və vətəndaşlara müraciətlər edilir. Rayon komissiyası bu sahədə işlərini daha da gücləndirərək rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlamışdır
“Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə rayon komissiyası bundan sonra da Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomalığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirəcəkdir.

Keçidlər