Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Silahlı Qüvvələr günüdür

26 iyun 2014 | 15:00

"Əziz həmvətənlər, Azərbaycan Silahlı Qüvvəllərinin dəyərli əsgər və zabitləri!  
Sizi 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm! 96 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir vaxt sonra yaradılmış Azərbaycan Milli Ordusu çətin və şərəfli yol keçmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun şərəfli tarixi xalqımızın döyüş ruhunu ölməyə qoymamış, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsi qan yaddaşımıza hopmuşdur. 
Azərbaycan Milli Ordusu Azərbaycan dövlətilə birgə - səngərlərdə, döyüş meydanlarında doğulub. Bu baxımdan Milli Ordumuz dövlətçiliyimiz ilə yaşıddır. Xalqımız qüdrətli Azərbaycan əsgərinin millətimizə tarixi qələbə sevinci yaşadacağına bütün varlığı ilə inanır və o, müqəddəs günü səbirsizliklə gözləyir.  Sizi bir daha bu böyük bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ruh yüksəkliyi və mübarizə əzmi arzulayıram”. 


Nəsimi rayon İcra
Hakimiyyətinin başçısı                                                                                               Nəsib Məhəməliyev

Keçidlər