Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri davam etdirilir

04 iyul 2014 | 15:00

Nəsimi rayonunda abadlıq, quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.  Hal-hazırda rayonun Moskva prospektində binaların fasadları dəyişdirilir, daş hasarlar dekorativ ağac və kollarla əvəzlənir və səkilərə tamet döşənilir. Həmçinin S.Vurğun küçəsi 114, 116 ünvanlarında 5 mərtəbəli binaların fasadları dəyişdirilir. A.Salamzadə, M.Cəlal, S.Vurğun, Ş.Əzizbəyov və R.Zorge küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmaqda, binalara üzlük daşları vurulmaqdadır. Rayonun Tbilisi, Moskva və Vaqif prospektlərində, S.Vurğun, 28 May, A.Salamzadə  küçələrində və digər ərazilərdə yaşıllaşdırma işləri aparılır.

Bunlardan əlavə olaraq, rayonun müxtəlif ərazilərində 3 yeni körpələr-evi - uşaq baxçasının da təməli qoyulmuşdur və işlər davam etdirilir. 

Keçidlər