Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda hərbi xidmətə çağırış ilə əlaqədar təntənəli yolasalma mərasimi keçirilmişdir.

09 iyul 2014 | 15:00

Tədbir Azərbaycan Respublikasının himni ilə açıq elan edildi.

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon şöbəsinin rəisi polkovnik-leytenant Kənan Məmmədov bildirdi ki, bu gün biz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həqiqi hərbi xidmətə çağırış haqqında 02 iyun 2014-cü il tarixli 525 saylı Sərəncamını rəhbər tutaraq gənclərin həqiqi hərbi xidmətə yola salınma mərasimini qeyd etmək üçün toplaşmışıq. Bu münasibətlə əziz çağırışçılar və hörmətli valideynlər sizləri təbrik edir, çağırışçıların hərbi xidmətə yola salınma mərasiminə gəlmiş hər birinizə öz minnətdarlığımı bildirirəm.

Sonra tədbirdə iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev çıxış edərək bildirmişdir ki, vətəni sevmək, lazım olduğunda vətənini düşməndən qorumaq üçün döyüşmək və bu uğurda canını sevə sevə vermək müqəddəs bir vəzifədir. Rayon rəhbəri bütün hərbi xidmətə yollanan gənclərə  Azərbaycan dövlətçiliyinin qorunmasında və müdafiəsində uğurlar arzuladı və qeyd etdi ki, yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  uzaqgörən siyasəti sayəsində işğal altında olan  20 % torpağımızı erməni mənfurlarından azad edib, zəfərlərimizə  yeni qələbələr əlavə edəcəyik.
Tədbirdə iştirak edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da gənc çağırışçılara vətəni qorumaq yolunda uğurlar dilədi, onlara uzun ömür, can sağlığı arzuladı. 
  Sonra tədbirdə tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilmişdir. 

  Yolasalma mərasimində  500 nəfər  iştirak etmişdir.


 

 

Keçidlər