Nəsimi rayonunda 2014-cü ilin iyun ayı ərzində görülmüş işlər barədə
İyun ayı ərzində Nəsimi rayonunda Proqrama uyğun olaraq 147 və 174 saylı körpələr-evi uşaq bağçalarında, 46, 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksində əsaslı təmir işləri davam etdirilir.
“2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar 23 saylı tam orta məktəbin sökülərək yerində müasir tələblərə cavab verən yeni məktəb binasının inşası yekunlaşmaq üzrədir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
19 may 2014-cü il tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilmiş müşavirənin tövsiyyələrinə uyğun olaraq Nəsimi rayonu ərazisində görüləcək abadlıq və yenidənqurma işləri müəyyənləşdirilmişdir. Rayonun Moskva və Azadlıq prospektlərində, A.Salamzadə, M.Qasımov, M.Cəlal, S.Vurğun, Ş.Əzizbəyov və R.Zorge küçələrində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmaqda, binalara üzlük daşları vurulmaqdadır. Həmçinin rayonun Tbilisi, Vaqif və Azadlıq prospektlərində, S.Vurğun küçəsində və digər ərazilərdə yaşıllaşdırma işləri aparılır.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 10/6 kv-luq kabel xəttlərinin dəyişdirilməsi və təmiri zamanı 78 metr yüksək gərginlikli kabel, 0,4 kv-luq kabel xəttlərinin dəyişdirilməsi, təmiri, yenidənqurulması və sayğaclaşması zamanı 2567 m müxtəlif markalı kabellər istifadə olunmuşdur.
Sayğaclaşma və yenidənqurma zamanı 40 ədəd 1 sayğaclı, 8 ədəd 4 sayğaclı, 3 ədəd 6 sayğaclı SMS tipli panel quraşdırılmışdır.
TM-lərin dam örtükləri təmir olunmuş ətrafı abadlaşdırılmış, dispetçer adları təzələnmişdir.
44, 58, 81, 106, 154, 183, 310, 426, 440, 444, 452, 463, 552, 611, 616, 771, 1031, 1059, 1405, 1421 saylı TM-lərin yuvalarında elektrik avadanlıqları təftiş edilmişdir.
88 saylı yarımstansiyada 6 kv-luq EAQ paneli quraşdırılmışdır. “Dağlıq yarımstansiya” –da 10 TM-2809, TM-633, TM-Nəsimi nömrə 1, 2 kabel xətti V/A-rı təmir olunmuş, 2 saylı 40 mVA transformatorun sınağı olmuşdur. 99 saylı yarımstansiyada 10 kv-luq TM 723 №2, 233 №2 V/A-rı cari təmir olunmuş, 1 saylı 25 MVA avadanlığı və 635 kVA XSTr-ru cari təmir olunmuşdur. 101 saylı yarımstansiyada 35 kv-luq “Gilan-101” nömrə 1, 2 kabel xəttinin El.QA avadanlığı cari təmir olunmuşdur.
İyun ayı ərzində 534 ədəd mexaniki qaz sayğacları Smart-kart tipli qaz sayğacları ilə əvəz olunmuşdur. İstehlakçılara verilən təbii qazla fasiləsiz təmin edilməsi üçün müxtəlif ünvanlarda müxtəlif diametrli 155 m qaz xətti çəkilmişdir.
Nəsimi rayon Su kanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, müxtəlif diametrli ümumilikdə uzunluğu L-282 p.m. su xətləri yenisi ilə əvəz edilmiş, 22 ədəd vintil quraşdırılmış, 2 ədəd yeni siyirtmə quraşdırılmış və 3 ədəd təmir edilmişdir.
Nasos stansiyalarında 2 ədəd nasos avadanlığı, 1 dəst elektrik mühərriki, 2 elektrik avadanlığı təmir olunmuşdur.
391 ədəd yağış barmaqlıqları, 261 ədəd kanalizasiya nəzarət quyusu, 3874 p.m. fekal kanalizasiya şəbəkəsi və 789 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir. Ümumilikdə zirzəmilərdə müxtəlif diametrli 42 p.m kanalizasiya xətti təmir edilmişdir.
1 saylı İSİS-nin ərazisində iyun ayında tədbirlər planına uyğun olaraq təmir –bərpa işləri davam etdirilir. RİQ-1-də qazanxana binasının fasad hissəinin təmirinə başlanılmışdır. 90, 156, 232 və 500 saylı qazanxanalarda istilik mübadilə aparatları açılaraq mexaniki və kimyəvi üsulla təmizlənmişdir. 308 və 339 saylı qazanxanalarda yeni yumşaldılmış su çənləri olan qoyularaq sistemə qoşulmuşdur. 22 ədəd istilik kamerası təmizlənmiş, siyirtmələr təftiş olunmuşdur. ABŞ səfirliyinin arxasında aparılan təmir işləri ilə əlaqədar olaraq D-159mm L-320m boru yenidən təmir olunaraq hidravlik təzyiqlə yoxlanılmışdır. 18/46, 81, 99, 138, 339 və 366 saylı qazanxanalarda payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlər başa çatdırılmış, istilik xətləri su ilə doldurularaq hidravlik təzyiq altında “Azəristiliktəchizat”ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.