Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günüdür

21 iyul 2014 | 15:00

 "Dəyərli Azərbaycan mətbuatının nümayəndələri, əziz jurnalistlər ! 
     Sizi 22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan milli mətbuatı bu günədək çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Hazırda bu missiya Sizin tərəfinizdən uğurla davam etdirilməkdədir. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalist öz peşə borclarını şərəflə yerinə yetirməklə, yorulmadan çalışırlar.

Sizi bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ruh yüksəkliyi və işlərinizdə uğurlar arzulayıram”.


Nəsimi rayon İcra
Hakimiyyətinin başçısı                                                                                               Nəsib Məhəməliyev

Keçidlər