Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuat Günü Nəsimi rayonunda qeyd edildi

22 iyul 2014 | 15:00

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva açaraq media işçilərini əlamətdar gün münasibətilə təbrik etdi. Natiq bildirdi ki, 139 il əvvəl böyük maarifpərvər Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımız çətin və şərəfli yol keçmiş, milli-mənəvi dəyərlərimizin qorunmasında, xalqımızın dünyagörüşünün formalaşmasında önəmli rol oynamış və mütərəqqi ideyaların carçısına çevrilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın milli mətbuat tarixində yeni və parlaq səhifə açılmışdır. Bu dövrdə söz və mətbuat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ulu öndərimizin fərmanı ilə senzuranın ləğv edilməsi isə ölkəmizin demokratikləşməsi və vətəndaş cəmiyyətinin təşəkkül tapmasında mühüm əhəmiyyət kəsb etmişdir.  O, qeyd etdi ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. 

Sonra Milli mətbuatın tarixinə və bu gününə həsr olunmuş video material nümayiş etdirildi.

Nəsimi rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun əməkdaşları da çıxış edərək müasir informasiya texnologiyalarının media sahəsinə gətirdiyi yeniliklərdən danışdılar. 

Azərbaycan Televiziyasının əməkdaşı çıxış edərək müasir jurnalistikadan və ölkəmizdə jurnalistlərə olan dövlət qayğısından danışdı. 

Tədbirin sonunda media işçilərinə qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər