Şriftin ölçüsü :

Saytın rəngi :

4-cü mikrorayonda RİH başçısı səyyar qəbul keçirdi.

25 yanvar 2023 | 12:41

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2023-cü il yanvar  ayının 25-də 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH başçısı Asif Əsgərov Cavadxan 68a ünvanda yerləşən 5 saylı tam orta məktəbin zalında sakinlərin müraciətlərini dinləmişdir. Qəbulda Cavadxan, Alı Mustafayev, Asif Məhərrəmov, Hüseynbala Əliyev, Əlisgəndər İsgəndərov, küçələrinin əhatəsindəki ünvanlarda yaşayan sakinlər iştirak etmişlər.

Sakinlərdən  Əhmədova Sücaət, Ağayeva Lyudmila, Əliyev Salman, Hüseynova Xuraman,  Məmmədov İlham, Səmədov Cavanşir və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən işıqlandırma,  dam örtüyünün təmiri, yolun təmiri, ağacın budanması, zibil konteynerlərinin qoyulması, işlə təmin olunma, istilik təhcizatının yaxşılaşdırılması ilə bağlı tədbir görülməsi barədə müraciətlər etdilər.

Sakinlərdən Şəhid atası Hüseynzadə Bağı çıxış edərək, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən davamlı diqqət və qayğıya görə, sakinlərin rifahina yönəlmiş həyata keçirilən abadlıq quruculuq və diğər sosial yönümlü tədbirlərə görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirmiş, görülən işlərin sayəsində yaradılmış abadlığın qorunması üçün   sakinlərin də yaxından iştirakının vacibliyini qeyd etdi.Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən RİH başçısı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi.

Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər