Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Dövlət Müstəqilliyi Günü qeyd edildi

20 oktyabr 2012 | 15:00

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, 1991-ci il oktyabrın 18-i tariximizə Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub. Lakin həmin vaxtlar səriştəsiz adamların "rəhbərliyi" nəticəsində ölkədə hökm sürən hərc-mərclik,cəbhədəki uğursuzluqlar, separatizm meylləri, sosial-iqtisadi tənəzzül Azərbaycanı məhvə sürükləyirdi və onu müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. Məhz bu ağır vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev Vətənimizi bu real təhlükədən hifz edərək Azərbaycanın xilaskarı, müstəqil dövlətimizin qurucusu və banisi oldu. Məhz onun müdrik və uzaqgörən siyasəti sayəsində canından əziz bildiyi Azərbaycan güclü, bütün istiqamətlərdə inkişaf etmiş, dünya səviyyəsində sayılan, öz sözü və çəkisi olan dövlətə çevrilmişdir. Bütün bunlara görə biz hamımız ulu öndərimiz Heydər Əliyevə minnətdarıq. Onun Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir və bizə yeni qələbələrə aparır.
Sonra Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Neft Akademiyasının professoru İmran Cəfərzadə məruzə ilə çıxış etdi. O, Azərbaycan xalqının tarix boyu apardığı qəhrəmanlıqlarla zəngin mübarizə yolundan ətraflı danışdı.
Məruzə ətrafında 19 nömrəli orta məktəbin direktoru M.Qəmbərov, 46 nömrəli orta məktəbin tarix müəllimi F.Əliyeva və başqaları çıxış etmişlər.
Nəsib Məhəməliyev tədbirə yekun vurmuşdur.

"Xalq qəzeti"
 

Keçidlər