Nəsimi rayonunda yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri davam etdirilir
Nəsimi rayonunda abadlıq, quruculuq və yaşıllaşdırma işləri davam etdirilir. Hal-hazırda rayonun Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən parkın şimal hissəsinin (M.Əcəmi metrosunun qarşısında) və Vaqif prospekti ilə X.Şuşinski küçəsinin kəsişməsində yerləşən parkın abadlaşdırılması işləri davam etdirilməkdə, Mir Cəlal küçəsi 2, 4, 16 saylı binaların qarşısındakı ərazidə park salınmaqdadır.
Bundan başqa rayonun S.Vurğun küçəsi 54, 58, 108, 110, 116, 28 may küçəsi 54-62, Azadlıq prospekti 38, 40, 56, 67 ünvanlarda yerləşən binaların fasadlarının təmiri, üzlük daşlarının vurulması və rənglənməsi işləri başa çatdırılmışdır. S.Vurğun küçəsi 69, 71, 28 may küçəsi 36-44, 46-52, R.Məmmədov küçəsi 5, 15, 23, 27, A.Mustafayev küçəsi 43, Azadlıq prospekti 69, 70, 72, Ak.Mirqsımov küçəsi 3 saylı ünvanlarda isə fasadlarının təmiri işləri davam etdirilir.
S.Vurğun küçəsi 58, 59, 71, Bülbül prospekti 41, 43-63, S.Rəhimov küç.184-197,Ş.Əzizbəyov küç 153, Azadlıq pr. 24-51, 95, 103, Füzuli küç.77-79, D.Əliyeva küç.222-251, 28 may küç 46-62 saylı ünvanlarda isə səkilərin bərpası və tamet daşların döşənməsi işləri sürətlə davam etdirilir.
Rayonun S.Vurğun, M.Cəlal, Cavadxan, H.Seyidzadə, R.Behbudov, Ü.Hacıbəyov, D.Əliyeva, H.Ələsgərov küçələri, Tbilisi, Vaqif, Azadlıq və Moskva prospektlərində yaşıllıq zolaqlarının yaradılması, dekorativ ağacların və gül kollarının əkilməsi işləri yekunlaşmaq üzrədir.
Bundan başqa rayonun müxtəlif ünvanlarında 13000 kv.m. məhəllədaxili yollara asfalt örtüyü vurulmuşdur.