Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşıllıqların qorunması hər bir vətəndaşın borcudur.

29 avqust 2014 | 15:00

Nəsimi rayonu ərazisində aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri davam etdirilir. Rayonun ayrı-ayrı ərazilərində binaların fasadları əsaslı təmir edilir, yollar asfaltlaşdırılır, bardürlər dəyişdirilir, səkilərə tamet plitələr vurulur, mövcud yaşıllıqlar və parklar yüksək səviyyədə abadlaşdırılır, yeni-yeni yaşıllıq zolaqları yaradılır. Görülmüş işlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır. Hal-hazırda bu yöndə görülən işlər davam etdirilir. Bütün bunlarla bərabər görülmüş işlərin və yaşıllıqların qorunması vacib məsələlərdən biridir.

Rayon sakinlərindən xahiş olunur ki görülmüş işlərin qorunub-saxlanılmasında fəal iştirak etsinlər. Aşağdakı şəkillərdən göründüyü kimi bəzi sakinlər hələ də bu məsələyə laqeyd yanaşırlar, öz mədəniyyət və tərbiyyələrini bu formada nümayış etdirirlər. 

Keçidlər